1 dekabr 2012 13:24

Bakı Madrid derbisindəki Azərbaycan reklamı ilə bağlı rəsmi açıqlama yaydı

Bu gün Bakı vaxtı ilə 16.00-da Visente Kalderon stadionunun VİP zalında “Atletico” (Madrid) və Azərbaycan tərəfi arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimat mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu haqda “Bakı” klubunun rəsmi saytı məlumat yayıb.
 
Bu tədbir “Atletico”nun baş direktoru Migel Angel Xil Marinin Bakıya ziyarəti zamanı əldə olunmuş geniş əməkdaşlıq planının tərkib hissəsidir. Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə ölkəmizi ziyarət edən Xil Marin səfər günlərində beynəlxalq əlaqələr, uşaq və yeniyetmə futbolunun inkişafı, “Atletico” brendinin Azərbaycanda təmsil olunması, “Bakı”nın İspaniyada tanınması və digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb və bunun nəticəsi kimi “Bakı” ilə “Atletiko” klubları arasında strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.
 
Ötən ay Bakıda əldə olunmuş razılığa əsasən, 3 il ərzində yüzlərlə azərbaycanlı futbolçu “Atletico”nun futbol akademiyasında təlim ala biləcəklər. Bu məqsədlə gələn ilin əvvəllərində “Bakı” futbol klubu və AFFA-nın dəstəyi ilə seçim xarakterli turnirlər təşkil olunacaq. Baxış xarakterli bu yarışlara 10-15 yaş arası futbolçular qatılacaq. Təcrübəli seleksionerlər tərəfindən seçilən uşaqlar Madridə yollanacaq, uzunmüddətli proqramlar əsasında təlim və təhsil alacaq, İspaniyanın müvafiq yaş qrupları üzrə uşaq liqalarında oynamaq imkanı əldə edəcəklər. Bu layihənin bütün məsrəfləri “Bakı” futbol klubu tərəfindən ödəniləcək.
 
Məlumatda qeyd olunub ki, bugünkü tədbirdə Azərbaycan vətəndaşının fəxr və qürur mənbəyinə çevriləcək bir addım atılır: “Bu gün “Atletico” Madrid derbisinə yenilənmiş forma ilə çıxacaq.
Atletikolu futbolçular rəngarəng logotip və üzərində “Odlar yurdu Azərbaycan” (“Land of fire Azerbaijan”) yazılan formaları bu gün “Real”la baş tutacaq derbi oyununda geyəcəklər.
 
“Atletico” Madrid və ”Bakı” futbol klubu arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasiminə “Atletiko”nun prezidenti Enrike Sereso Torres və Azərbaycanın İspaniyadakı səfiri cənab Altay Əfəndiyev də qatılacaqlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.