2 dekabr 2012 01:04

15-ci tura 15-ci qələbə üçün

Topaz Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran” 3 oyunluq səfərlərə son qoyacaq. Azerisport.az xəbər verir ki, çempionatın son 2 matçında “Bakı” və “Kəpəz”in, ölkə kubokunda “Turan”ın qonağı olduqdan sonra doğma meydana qayıdan komanda AZAL-ı qəbul edəcək.
 
Bu qarşılaşma rəqiblər arasında 22-ci duel olacaq. İndiyədək komandalar 17 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində görüşüblər. Bu matçlarda 14 dəfə qalib gələn “Xəzər Lənkəran” XV turun oyununda 15-ci qələbəni qazanmağa çalışacaq. Cəmi 3 dəfə məğlub olan XL 4 dəfə heç-heçə ilə kifayətlənib. 21 matçda 28 qol vuran cənublu futbolçular cəmi 10 dəfə qapısında qol görüb.
 
Çempionatdakı oyunlara gəlinсə, AZAL-ın 2005/06 mövsümündə həmin vaxt güclülər dəstəsi adlanan Premyer Liqada keçirdiyi ilk matç məhz “Xəzər Lənkəran”a qarşı olub. Həmin vaxt 2:0 hesabı ilə qalib gələn XL ümumilikdə 12 dəfə rəqibini məğlub edib, 3 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Premyer Liqadakı qarşılaşmalarda top fərqi 23:7-dir.
 
2007/08 və 2009/10 mövsümlərində isə AZAL-la bu komandanın yolları kubokda kəsişib. Hər 2 halda mərhələ keçən “Xəzər Lənkəran” ev matçlarında qələbə qazanıb. Səfərdə isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə top fərqi cənubluların xeyrinə - 5-3-dür.
 
Bakılılarla son oyunlar isə “Xəzər Lənkəran”ın istisnasız qələbələri ilə başa çatır. Ardıcıl 4 qələbə qazanan XL bu qarşılaşmalarda qol da buraxmayıb. Bu 4 görüşün 2-də böyük hesaba sevinən cənublu futbolçular 9 dəfə rəqib qapısına yol tapıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.