2 dekabr 2012 19:53

Qarabağ Neftçini məğlub etdi, liderlər yenə qazandı, XL - AZAL matçı yarıda qaldı (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu dəfə bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
 
“Turan” qərb derbisində “Kəpəz”lə üz-üzə gəlib. Meydan sahibləri darmdağınla qalib gəliblər. Turnir cədvəlinin alt pillələrində qərarlaşan digər komanda - “Sumqayıt” bu tur “Simurq”la üz-üzə gəlib. Zaqatala klubu növbəti qələbəsinə imza atıb. “Qəbələ” cari mövsüm çox uğursuz çıxışı ilə diqqət çəkən “Bakı”nı sınağa çəkib. "Zolaqlılar" çətin səfərdə qələbə qazanmağa nail olublar.
 
Çempionatın digər lideri “İnter” “Rəvan”la paytaxt derbisini qələbə ilə başa vurub. Qeyri-sabit çıxışı ilə seçilən iki komanda - “Xəzər Lənkəran”la AZAL Lənkəranda üz-üzə gəliblər. Lakin bu görüş tam başa çatmayıb.
 
Nəhayət, turun qapanış və mərkəzi matçında son ölkə çempionu “Neftçi” Azərbaycan derbisində “Qarabağ”la münasibətlərinə aydınlıq gətirib. İlk dövrədə olduğu kimi, yenə Ağdam klubu qələbə qazanan tərəf olub.
 
Topaz Premyer Liqası
15-ci tur
2 dekabr (bazar)
 
NEFTÇİ – QARABAĞ - 0:1 (0:1)
Qol: V.Nadirov, 12 (0:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Ramiz Əsədov, Rauf Cababrov.
Bakı. 8-ci kilometr stadionu.
 
Oyun başladı
10. Tərəflər ilk dəqiqələrdən qarşılıqlı hücumlara üstünlük verirlər
12. Muaremdən ötürmə alan V.Nadirov əla zərbə ilə möhtəşəm qola imza atır - 0:1
15. Vobayın zərbəsini Fərhad tutur
18. Kanalesin baş zərbəsinə Vəliyev əla reaksiya göstərir
20. "Neftçi" qoldan sonra təzyiqi artırıb
23. Meydan sahibləri daha bir əlverişli qol vəziyyətini boşa verirlər
32. B.Hüseynov sarı vərəqə alır
35. Oyun getdikcə sərt xarakter almağa başlayır
40. "Neftçi" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır. Lakin Vobayın vuruşunda top canlı səddən dönür
45. Futbolçular arasında gərginlik yaşanır. Yusifov V.Nadirovla B.Bertuççiyə sarı vərəqə göstərir
45. İlk yarının əsas vaxtına 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
M.Muarem zədələndiyi üçün oyuna davam edə bilmir və onu R.Sadıqov əvəzləyir
"Qarabağ"da daha bir əvəzləmə: Nadirovu Ə.İsmayılov əvəzləyir
"Neftçi"də M.Seyidov C.İmamverdiyevin əvəzində meydana daxil olur
68. E.Ramos sarı vərəqə alır
75. "Neftçi"nin təzyiqi heç bir bəhrə vermir
80. "Qarabağ"da isə əks-hücumlar təhlükəli olmağa başlayıb
83. V.Cavadov R.Əliyevlə əvəzlənir
90. Qarşılaşmanın əsas vaxtına 5 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 8. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov.
 
İNTER – RƏVAN - 2:0 (0:0)
Qollar: B.Tsxadadze, 51-pen, S.Zərgərov, 90+4 (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev.
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
A.Məmmədov hesabı açmağa yaxın olsa da, D.Kərimi inamlı oynayır
Meydan sahibləri oyuna daha fəal başlayıblar və erkən qol vurmağa çalışırlar
A.Abatsiyev sarı vərəqə ilə cəzalanır
"Rəvan" getdikcə oyunu bərabərləşdirib. Amma ciddi qol epizodları yaradan yoxdu
Meydan sahibləri getdikcə təzyiqi artırsalar da, hələlik qonaqların müqavimətini qıra bilmirlər
"Rəvan"ın müdafiə xətti inamlı təsir bağışlayır
Qonaqlar hücumda demək olar ki, heç nə edə bilmirlər
İlk hissə başa çatdı
İkinci hissə başladı
Qonaqların futbolçusu cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
Tsxadadze penaltini dəqiq yerinə yetirir - 1:0
Torresin zərbəsi qapıdan yan keçir
Məmmədovun qapıya yol tapmaq cəhdi faydasız qalır
A.Məmmədovu N.Hacıyev əvəzləyir
F.Bosmanı N.Vidakoviç, Ş.Rəhimovu isə Ş.Suma əvəzləyir
A.Abatsiyevi C.Diniyev əvəzləyir
İ.Niasseni B.Abdulay əvəzləyir
"Rəvan" məğlubiyyətdən xilas olmağa çalışsa da, istəyinə çata bilmir
Son saniyələrdə S.Zərgərov daha bir qol vurur - 2:0
Matç başa çatdı
 
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 13. Coşqun Diniyev, 18. İlia Kandelaki, 20. Brüs Abdulay, 23. Tales Şutz.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman, 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 17. Rüfət Cəlilov.
 
XƏZƏR LƏNKƏRAN – AZAL - 1:1 (matç başa çatmayıb)
Qollar: R.Tağızadə, 11 (0:1), Branimir Subaşiç, 22 (1:1)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Lənkəran. Şəhər stadionu.
 
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən daha fəaldılar
AZAL heç də müdafiə olunmaq fikrində deyil və hücumlar qurmağa çalışır
Pit qapıya yaxşı zərbə endirə bilmir
R.Tağızadə meydan sahiblərini erkən qolla şoka salır - 0:1
Meydan sahibləri qoldan sonra təzyiqi artırırlar
Branimir Subaşiç komandasını məğlub durumdan çıxarır - 1:1
Lənkəranda bu gün güclü duman var və bəzən meydanda baş verənləri belə dəqiq görmək olmur
Benuahinin zərbəsini Sadıqlı tutur
Alvizin zərbəsi dəqiq olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL fasilədən sonra daha fəal təsir bağışlayır
Cənublular da hücumlarını davam etdirirlər. Amma bunlar hələ ki, bəhrəsizdi
Güclü duman səbəbindən hakimlər oyunu dayandırmağa qərar verirlər
Hətta topun dəyişdirilməsi də vəziyyəti dəyişmir
Bu üzdən də hakimlər qarşılaşmanı 54-cü dəqiqədə başa vurmalı olurlar. Oyun məhz bu dəqiqəsindən etibarən başqa vaxt keçiriləcək
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 28. Tərlan Qasımzadə, 4. Akif Tağıyev, 3. Vanderson Skarduelli, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 20. Elnur Cəfərov, 55. Ağabala Ramazanov.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 8. Elman Taqayev, 11. Zohair Benouahi, 22. Ruslan Tağızadə, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə (k), 23. Tural Nərimanov, 15. Oskar Klyava, 7. Cavid Tağıyev, 10. Tərlan Xəlilov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
 
TURAN – KƏPƏZ - 5:1 (3:0)
Qollar: S.Ballo, 3 (1:0), S.Ballo, 19 (2:0), F.Quliyev, 44 (3:0), E.İmaməliyev, 54 (3:1), S.Ballo, 58 (4:1), E.Günlü, 72 (5:1).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Diniyev.
Tovuz. Şəhər stadionu.
 
Oyun başladı
Salif Ballo dəqiq zərbə ilə oyunda erkən qol vurur - 1:0
Meydan sahiblərinin fəallığı davam edir
Quliyev iki qol epizodunu boşa verir
Əvəzində Ballo özünün və komandasının ikinci qoluna imza atır - 2:0
Qonaqlar hücum qurmağa çalışsalar da, hələlik bəhrəsizdi
Tovuzlular isə əksinə üçüncü qolu vurmağa çalışırlar
Fərid Quliyev meydan sahiblərinin bu istəyini də həyata keçirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Emin İmaməliyev hesab arasındakı fərqi azaldır - 3:1
Amma Ballo yenidən fərqi 3 topa çatdırır. O, özünün üçüncü, komandasının dördüncü qoluna imza atır - 4:1
E.Günlü qonaqları növbəti dəfə meydanın mərləzinə dəvət edir - 5:1
Meydan sahibləri hələ də hücumlarını davam etdirirlər
Matç başa çatdı
 
TURAN: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 7. Azər Məmmədov, 11. Qoqi Pipiya, 16. Elmixan Məmmədov, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 23. İrakli Beraya.
KƏPƏZ: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 20. Emin Əliyev, 88. Bujamin Asani, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Arsen Ondobo, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev, 23. Vüqar İbrahimov, 26. Georgi Sepiaşvili.
 
QƏBƏLƏ – BAKI - 0:2 (0:0)
Qol: X.J.Vilson, 54 (0:1), N.Novruzov, 83 (0:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Orxan Məmmədov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
L.M.Horvat kobud oyuna görə sarı vərəqə alır
Geridə qalan 10 dəqiqə ərzində meydan sahibləri daha fəal təsir bağışlayırlar
Ş.Xəlilovun qüvvətli zərbəsini E.Nuredinoski çətinliklə dəf edir
D.L.Kruz da sarı vərəqə ilə cəzalanır
"Bakı" arabir təhlükəli əks-hücmlar təşkil etsə də, istəyinə çata bilmir
Elvin Məmmədov da cəzalı duruma düşür
V.Mendi Assisin ötürməsini qapıya göndərə bilmir. Çox təhlükəli epizod idi
Assisin qüvvətli zərbəsini Nuredinoski dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Kamananın təhlükəli baş zərbəsi hədəfdən azca yan keçir
"Qəbələ" fasilədən sonra təzyiqi daha da artırıb
Nuredinoski ardıcıl iki epizodda komandasını real qoldan xilas edir
X.J.Vilsonun uzaq məsafədən zərbəsi dirəyə dəyərək tora qovuşur - 0:1
Çertoqanovun uzaqdan zərbəsini qapıçı qaytarır
T.Qürbətovu N.Novruzov əvəzləyir
Çesnauski sarı vərəqə alır
R.Əmiraslanovu V.Hüseynov əvəzləyir. Bu, Vurğunun uzun müddətdi zədədən əziyyət çəkən futbolçunun müalicədən sonrakı ilk oyunudu
V.Hüseynovun meydandakı ilk işi sarı vərəqə almaq olur
D.L.Kruzun əvəzində meydana B.D.Silva çıxır
U.Kalabaneni isə M.Erdoğdu əvəzləyir
"Bakı"da da D.Çesnauskini A.Şoliç əvəzləyir
Ş.Əliyev sarı vərəqə ilə cəzalanır
Şoliç də sarı vərəqə almaqla diqqət mərkəzinə düşür
N.Novruzov meydan sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 0:2
R.Abbasovu Ə.Quliyev əvəzləyir
E.Nuredinoski sarı vərəqə alır
Matç başa çatdı
 
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (k), 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 22. Lourival Rodriqes Assis, 23. Şəhriyar Xəlilov, 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 84. Dean Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 7. Yaşar Abuzərov, 8. Bruno Da Silva, 3. Vurğun Hüseynov, 21. Elmar Baxşıyev, 38. Muşfiq Teymurov.
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes,  3. Denis İvanov, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 18. Tural Qürbətov, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç, 23. Maris Verpakovski, 24. Əziz Quliyev, 14. Elvin Əliyev, 19. Nurlan Novruzov.
 
SUMQAYIT – SİMURQ - 0:1 (0:1)
Qol: S.Polyak, 44 (0:1)
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələri daha çox meydanın mərkəzindəki sakit mübarizə ilə diqqət çəkir
Polyakın zərbəsini qapıçı dəf edir
O.Əliyevin zərbəsi qapının azca üstündən keçir
Qurbanovun çox qüvvətli zərbəsini Petrkeviç qayrara bilir
Qonaqlar fasilə öncəsi istəklərinə çatırlar. Polyaj qonaqları hesabda önə keçirir - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qarşılaşma yenə mərkəzdə davam edir
S.Allahquliyevə Sultanovun ötürməsini qola çevirməyə azacıq dəqiqlik çatışmır
Popovçin zərbəsini Sadiqov tutur
Üstünlük meydan sahiblərində olsa da, bunu hesabda əks etdirə bilmirlər
Matç başa çatdı
 
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 70. Şamil Camaləddin, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 11. Sabir Allahquliyev, 27. Ramil Həşimzadə, 92. Bəxtiyar Həsənalızadə, 95. Ruslan Nəsirli.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 9. Marçin Burhard, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
 
1 İnter 14 7 5 2 15 6 +9 26
1 Simurq 15 7 5 3 17 9 +8 26
3 Qarabağ 15 6 6 3 19 15 +4 24
4 Qəbələ 15 6 4 5 18 17 +1 22
5 Neftçi 12 7 0 5 26 15 +11 21
6 Turan 15 5 4 6 19 20 –1 19
7 XL 13 5 4 4 18 11 +7 19
8 AZAL 13 4 5 4 17 14 +3 17
9 Bakı 13 3 7 3 13 10 +3 16
9 Rəvan 15 4 4 7 14 23 –9 16
11 Sumqayıt 15 3 5 7 12 28 –16 14
12 Kəpəz 15 2 3 10 9 29 –20 9
 
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.