1 dekabr 2012 13:40
Bakı azarkeşləri üçün məşq etdi (VİDEO)
“Qəbələ” ilə oyuna hazırlaşan “Bakı” azarkeşləri üçün açıq məşq keçirib. Azerisport.az xəbər verir ki, məşq adi qaydada reallaşıb. İsinmə hərəkətlərinin ardınca taktiki-texniki təmrinlər üzərində çalışmalara start verilib.
Yüngül zədələri olan Rəhman Hacıyev və İbrahim Katqbo fərdi məşq etməklə kifayətlənib. Novruz Məmmədov və Namiq Ələsgərov əvəzedici heyətə cəlb olunduqlarından məşqə qatılmayıb.
1 saat 15 dəqiqə çəkən məşqin ardından nahar edən komanda Qəbələyə yola düşüb. Komanda bu gün Qəbələdə məşqə çıxacaq.
