1 dekabr 2012 13:55

Mahir Şükürov: Türkiyədən mənə də təklif gəlmişdi

“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ”la oyuna hazırlıqlar necə gedir?
- Komanda adi qaydada hazırlıqlarını davam etdirir. Bütün fikirlərimiz “Qarabağ”la oyuna yönəlib. Bilirik ki, çətin oyun olacaq. Çünki “Qarabağ” həmişə ölkənin ən yaxşı klublarından biri olub. Ağdamlılar topu özlərində saxlamağı yaxşı bacarırlar. Ona görə də bu komandaya qarşı oynamaq asan olmayacaq. Buna baxmayaraq, “Neftçi” qələbə qazanmaq istəyir. Turnir cədvəlində irəliləmək istəyirik. Bunun üçün əsas rəqiblərimizdən birini mütləq məğlub etməliyik.
 
- Son turlarda “Qarabağ” özünə bənzəmir. Bu komanda “Turan”la oyunda məğlubiyyətdən çətinliklə qurtuldu, kubokda “Kəpəz”i yalnız əlavə vaxtda məğlub etməyə nail oldu...
- “Qarabağ” həmişə axıra kimi mübarizə aparan komandalardan olub. Ola bilər son oyunlarda zəif çıxış etsinlər. Amma əminəm ki, bizimlə oyuna xüsusi istəklə çıxacaqlar.
 
- Artıq “Neftçi”nin bütün fikrini çempionata yönəltdiyini demək olar? Axı Avropa Liqasında heç bir şansınız qalmayıb...
- Biz çempionatı qazanmaq istədiyimizi həmişə demişik. Ola bilər ki, Avroliqadakı çıxışımız bu yolda bizə müəyyən problem yaradırdı. Hərdən yorğunluq sözünü deyir və istəyimizə çata bilmirik. Lakin hələ qarşıda çoxlu oyunlarımız var və növbəti çempionluq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün kifayət qədər potensialımız var.
 
- “Qarabağ”dan sonra sizi Milan “İnter”i ilə çətin səfər oyunu gözləyir...
- “San Siro”da oynamaq hər bir futbolçunun arzusudu. Amma biz hələ Milan səfəri haqda düşünmürük. Bilirik ki, “İnter” güclü komandadı. Lakin müsbət nəticə qazanmaq üçün bütün gücümüzü qoymağa çalışacağıq. Fikrimcə, Milanda heç-heçə bizim üçün pis nəticə sayılmaya bilər. Belə bir komanda ilə oyunda qələbəyə oynamağımız çox çətin olar. Onlar bizim heç bir səhvimizi bağışlamazlar.
 
- Türkiyənin “Denizlispor” klubunun Elvin Məmmədov, Rəşad Sadiqov və ölkəmizdə çıxış edən digər futbolçuları heyətinə qatmaq istəyir. Sizə belə bir təklif yoxdu?
- “Neftçi”yə qədər mənə də Türkiyənin Birinci Liqasında çıxış edən klublardan təkliflər var idi. Amma onlar məni maraqlandırmırdı. Hələ “Neftçi”dən getməyə hazırlaşmıram. Heç kimdən də təklif gözləmirəm. Dəvəti həmin futbolçular gözləyə bilər ki, karyerasında dəyişiklik etməyi arzulayar. Məni isə “Neftçi”də hər şey qane edir.
 
- Orxan Əliyevin “Porto”ya keçidinin alınmamasını necə qarşıladınız?
- Hamımız istəyirdik ki, Orxanın Portuqaliya klubuna keçidi baş tutsun. Amma ona hələ vaxt lazımdı. Əliyevin bu klubun U-19 komandasına keçmək istəməməsini düzgün qərar sayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.