2 dekabr 2012 02:14
Simurq Sumqayıtda son məşqə çıxdı
"Simurq" bu gün Sumqayıt şəhərində növbəti qarşılaşmasına çıxacaq. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının hazırkı liderinin məqsədi yenə meydandan qalib tərəf kimi ayrılmaqdı.
Bunun üçün Zaqatala təmsilçisi məşqləri ara vermədən davam etdirir. “Sarı-qaralar” ötən gün qarşılaşma öncəsi son hazırlıqlarını həyata keçirib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan Georgi Çixradzenin yetirmələri tam heyətlə "Sumqayıt"la oyuna hazırlaşıb. Bir saata yaxın davam edən məşq prosesində gürcü mütəxəssis futbolçularını o qədər də çox yormayıb. İsinmə hərəkətlərindən sonra, dar alanda ötürmələr üzərində çalışan "Simurq" iki tərəfli oyun və qapıya zərbələrlə hazırlıqları tamamlayıb. Bundan sonra istirahətə çəkilən komanda qarşılaşmanın start fitini gözləməyə başlayıb.
