2 dekabr 2012 17:08
Kəpəzin məşqçisi darmadağını şərh etdi
“Kəpəz”in məşqçisi Mehman Hacıyev Topaz Premyer Liqasının 15-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:5 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan” komandasını qələbə ilə təbrik edirəm. Azarkeşlər bizi oyun boyu dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Oyuna yaxşı hazırlaşsaq da, yekunda məğlub olduq”.
