2 dekabr 2012 17:19
“Kəpəzlə oyuna çox yaxşı hazırlaşmışdıq”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 15-ci turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 5:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hamımıza doğma olan “Kəpəz” komandası ilə qarşılaşdıq. Oyuna çox yaxşı hazırlaşmışdıq. Komanda artıq oyunun ikinci dəqiqəsindən uğurlu başladı və sona kimi bunu davam etdirdi. “Kəpəz”ə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
