2 dekabr 2012 17:55
Xəzər Lənkəran – AZAL matçı nə vaxt keçiriləcək?
Topaz Premyer Liqasının 15-ci turunun “Xəzər Lənkəran” – AZAL oyunu yarımçıq dayandırılıb. Azerisport.az xəbər verir ki, buna güclü duman səbəb olub.
Duman oyununun keçirilməsini əngəlləyib. Bu səbəbdən baş hakim Rəhim Həsənov qarşılaşmanı 54-cü dəqiqədə dayandırıb.
Artıq Peşəkar Futbol Liqası oyunla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, qarşılaşma sabah saat 14:00-da dayandığı yerdən davam etdirələcək.
Qeyd edək ki, oyun dayandırılına qədər hesab 1:1 idi. 11-ci dəqiqədə AZAL-dan Ruslan Tağızadə, 22-ci dəqiqədə “Xəzər Lənkəran”dan Branimir Subaşiç fərqlənmişdi.
