2 dekabr 2012 19:36
“İndi elə vəziyyət yaranıb ki, bütün komandaların ilk altılığa düşmək şansı var”
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 15-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün meydanda gözəl oyun oldu. Oyun qarşılıqlı hücumlarla keçirdi. Uduzmağımıza baxmayaraq sonadək mübarizə apardıq. Penalti epizoduna futbolçumuz əllə oynamışdı. Adi bir epizod idi. Həmin epizoddan sonra komanda sındı. Artıq nə qədər çalışsaq da, bərabərlik qolunu vura bilmədik. Bir neçə dəyişikliyə əl atsaq da, nəticədə heç bir dəyişiklik olmadı. Müdafiədə boşluqlar verdik. “İnter” ikinci qolu vurdu, qalib gəldi. İndi elə vəziyyət yaranıb ki, bütün komandaların “ilk altılğ”a düşmək şansı var. Təəssüf ki, məğlub olduq. Amma azarkeşlər gözəl oyun izlədilər”.
