2 dekabr 2012 20:28
Qurban Qurbanov: Altılıq komandaları son turda müəyyənləşəcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 15-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı ?:? hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Vacib üç xal qazandıq, çox çətin oyun oldu. “Neftçi” əla oynadı, sona kimi mübarizə apardı. Topla çox yaxşı davranırlar, buna görə bizə müəyyən çətinliklər yaratdılar. “Neftçi”nin əvvəlki oyunlarını izləmişdim, bu gün əmin oldum ki, çox yaxşı komandadır. Futbolçularım sona kimi mübarizə apardı, müdafiədə diqqətli oynadıq. Çempionat hər tur daha da maraqlı olur. Fikrimcə, altılıq komandaları son turda müəyyənləşəcək”.
