2 dekabr 2012 20:37
Böyükağa Hacıyev: Neftçiyə rəqib elə Neftçinin özüdü
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı ?:? hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ” yaxşı komandadır, yaralı aslanı xatırladır. Rəqibimiz, düzgün olaraq, müdafiədən oynadı, əldə etdiyi qol imkanından maksimum yararlandı. Hücumların sonluğun gətirə bilmirdik. Düşünürəm ki, “Neftçi”yə rəqib elə “Neftçi”nin özüdür. Çempionatda “Neftçi”yə rəqib olmadığını may ayında bir daha sübut edəcəm. İnanıram ki, komanda bu məğlubiyyətdən sonra toparlanacaq”.
