2 dekabr 2012 11:25

Topaz Premyer Liqası, 15-ci tur: Asim Xudiyevin proqnozu

Azərbaycan futbolunun veteranı Asim Xudiyev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 15-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Xəzər Lənkəran – AZAL
Fikrimcə, “Xəzər Lənkəran” qələbə qazanacaq. Onlar evdə oynayırlar. AZAL isə hazırda qara zolaqdadı. Komanda hələ bu çətin durumdan çıxa bilmir. Cənublular isə son çempionat və kubok oyunlarında qələbə qazanıblar və düşərgədə yaxşı atmosferin olduğu şübhəsizdi.
 
Turan – Kəpəz
Bu komandalar arasındakı oyunlar həmişə güzəştsiz mübarizə şəraitində keçir. Lakin son dövrlər onların heç biri yaxşı nəticələr əldə edə bilmir. Ona görə də heç-heçə olacağını düşünürəm.
 
Qəbələ - Bakı
“Qəbələ” son dövrlər yaxşı sürət yığıb. Ramiz Məmmədovun komandası yaxşı nəticələr qazanır. Bu, həm ev, həm də səfər oyunlarına aiddi. “Bakı” isə son turda məğlub olub. Komandada özünəinam da azdı. Bu üzdən də “Qəbələ”nin qələbə qazanacağını düşünürəm.

Sumqayıt – Simurq
Son turda AZAL ilə heç-heçə etməsinə baxmayaraq, “Sumqayıt” o qədər də inamlı futbol sərgiləmir. “Simurq” isə “İnter”i məğlub etdi, ardından AZAL üzərində qələbə qazandı. Zaqatala klubu da bu mövsüm həm ev, həm də səfər oyunlarındakı inamlı çıxışı ilə fərqlənir. “Simurq” qələbə qazanacaq.

İnter – Rəvan
“Simurq” kimi, “İnter” də çempionata liderlik edir və bu mövqeyini qorumaq istəyindədi. “Rəvan” isə son oyunlarında məğlubiyyətlə üzləşib. Lakin bu komanda baxımlı futbol sərgiləməyi bacarır. Fikrimcə, bu görüşdə heç-heçə qeydə alınacaq.

Neftçi – Qarabağ
Köhnə rəqiblərin qarşılaşmasıdı. Hər iki komanda son oyunlarında qələbə qazanıb. Amma mənə elə gəlir ki, onların öz aralarındakı oyun sülhlə bitəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.