3 dekabr 2012 00:12
Liderlər üçün düşərli tur
Topaz Premyer Liqasında daha bir turun oyunları geridə qaldı. Azerisport.az xəbər verir ki, bir görüşün məcburiyyətdən yarıda dayandırıldığı turda bütün görüşlər eyni günə təsadüf etdi.
Bəribaşdan qeyd edək ki, sona çatmayan görüş “Xəzər Lənkəran” – AZAL qarşılaşmasıdı. Bu oyunun yarımçıq dayandırılmasına qatı duman səbəb oldu. Məhz güclü duman oyununun keçirilməsini əngəlləyib. Bu səbəbdən baş hakim Rəhim Həsənov qarşılaşmanı 54-cü dəqiqədə dayandırıb. Qarşılaşma bu gün saat 14:00-da dayandığı yerdən davam etdirələcək. Qeyd edək ki, oyun dayandırılına qədər hesab 1:1 idi. 11-ci dəqiqədə AZAL-dan Ruslan Tağızadə, 22-ci dəqiqədə “Xəzər Lənkəran”dan Branimir Subaşiç fərqlənmişdi.
Lider “İnter” bu tur “Rəvan”la paytaxt derbisində qüvvəsini sınadı. “Aslanlar” çox çalışsa da, “bankirlər”dən xal almağı bacarmadılar. Əksinə iki cavabsız qol vuran Kaxaber Tsxadadzenin komandası inamla yoluna davam etmiş oldu. Kemal Alispahiçin komandası isə ardıcıl uğursuzluqların fonunda autsayderə çevrilməkdədi.
Çempionatın digər lideri – “Simurq” da turu qələbəylə başa vurdu. Cari mövsümdə fırtına kimi əsən Georgi Çixradzenin komandasının bu dəfəki qurbanı isə “Sumqayıt” oldu. Zaqatala təmsilçisi 3 vacib xalı 1 qolla əldə etdi. Bernard Raabın yetirmələri isə artıq yalnız “Kəpəz”ə yuxarıdan aşağı baxa bilir.
“Kəpəz”ə gəlincə, bu komanda hesabat turunda “Turan”ın qonağı oldu. Cəzalı durumda olan Mahmud Qurbanovun yoxluğunda komandası yenə uğursuzluqla üzləşdi. Son dövrlərin yüksəlişdə olan komandasına çevrilən Əfqan Talıbovlu “Turan” qərb derbisində əsl şou göstərdi. Xüsusilə het-trikə imza atan Salif Ballo tovuzluların bu zəfərində böyük pay sahibi oldu.
Turun daha prinsipial görüşlərindən biri Qəbələdə baş tutdu. Burda son turların ən uğurlu komandasına çevrilən “Qəbələ” yeni mövsümün uğursuzu “Bakı”nı qəbul etdi. Gözləmək olardı ki, Ramiz Məmmədovun yetirmələri doğma meydan amilindən yararlanıb, paytaxt təmsilçisinə növbəti məğlubiyyətini yaşadacaq. Amma bu, baş vermədi. Əksinə “zolaqlılar” səfərdə çox inamlı çıxış edərək, çoxlarının gözləmədiyi qələbəyə imza atdılar. Bu qələbə həm klub prezidenti Hafiz Məmmədovun ad gününə hədiyyə oldu, həm də paytaxt təmsilçisini turnir cədvəlinin alt pillələrindən az da olsa, uzaqlaşdırdı.
Hesabat trurunun mərkəzi oyununda isə son çempion “Neftçi” “Qarabağ”la münasibətlərinə aydınlıq gətirdi. İlk dövrədə Ağdam təmsilçisi qələbə qazandığından paytaxt klubu bu görüşə revanş almaq arzusu ilə çıxmışdı. Amma ağdamlılar bu dəfə də ölkə çempionunu məğlub etməyi bacardılar. Özü də yenə minimal hesabla. Beləcə, Böyükağa Hacıyevin yetirmələri Avropa Liqasındakı İtaliya “İnter”i ilə qarşılaşmaya məğlub yollanmalı oldu.
Topaz Premyer Liqası
15-ci tur
TURAN – KƏPƏZ - 5:1 (3:0)
Qollar: S.Ballo, 2 (1:0), S.Ballo, 19 (2:0), F.Quliyev, 44 (3:0), Aleksandr Kurtskeviç, 52-öz qapısına (3:1), S.Ballo, 58 (4:1), E.Günlü, 72 (5:1).
Sarı vərəqələr: Marius Kazlauskas, 38 (qeyri-idman hərəkəti); Fərmayıl Əliyev, 83 (qeyri-idman hərəkəti) - Armand Feutçin, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
2 dekabr 2012. Tovuz. Şəhər stadionu. 4500 tamaşaçı.
Turan: 1. İvan Qrabovaç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev (23. İrakli Beraya, 67), 10. Hafiz Əliyev (k), 13. Marius Kazlauskas (7. Azər Məmmədov, 46), 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov (17. Fərmayıl Əliyev, 75), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 11. Qoqi Pipiya, 16. Elmixan Məmmədov, 19. Asəf Qədiri.
Baş məşqçi: Əfqan Talıbov.
Kəpəz: 1. İvan Radoş, 2. Nicat Məmmədov (26. Georgi Sepiaşvili, 46), 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev (11. Ziyabil Məmmədov, 75), 15. Şahin Kərimov (14. Elxan Əzizov, 67), 20. Emin Əliyev, 88. Bujamin Asani, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Arsen Ondobo, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev, 23. Vüqar İbrahimov.
Məşqçi: Mehman Hacıyev.
SUMQAYIT – SİMURQ - 0:1 (0:1)
Qol: S.Polyak, 45 (0:1)
Sarı vərəqələr: Xəyal Mustafayev, 30 (qeyri-idman hərəkəti); Şamil Camaləddinov, 32 (qeyri-idman hərəkəti) - Mario Bojiç, 66 (qeyri-idman hərəkəti); Ruslan Poladov, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
2 dekabr 2012. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 2500 tamaşaçı.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu (27. Ramil Həşimzadə, 68), 9. Orxan Əliyev (95. Ruslan Nəsirli, 80), 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 70. Şamil Camaləddin (11. Sabir Allahquliyev, 46), 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç (79. Nenad Stoyanoviç, 85), 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak (6. Anderson Olivyera, 82), 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 90+2), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
QƏBƏLƏ – BAKI - 0:2 (0:0)
Qollar: X.J.Vilson, 53 (0:1), N.Novruzov, 83 (0:2)
Sarı vərəqələr: Daniel Lopes Kruz, 25 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 75 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Lukas Mario Horvat, 10 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 33 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Deyvidas Çesnauski, 62 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 78 (bilərəkdən vaxtı gecikdirdiyinə görə); Aleksandar Şoliç, 80 (hakimə etiraz); Edin Nuredinoski, 90+3 (bilərəkdən vaxtı gecikdirdiyinə görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
2 dekabr 2012. Qəbələ. Şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (k), 15. Umar Kalabane (5. Muammer Erdoğdu, 77), 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov (3. Vurğun Hüseynov, 64), 22. Lourival Rodriqes Assis, 23. Şəhriyar Xəlilov, 26. Daniel Lopes Kruz (8. Bruno Da Silva, 76), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Yaşar Abuzərov, 21. Elmar Baxşıyev, 38. Muşfiq Teymurov.
Baş məşqçi: Ramiz Məmmədov.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 7. Deyvidas Çesnauski (77. Aleksandar Soliç, 78), 10. Lukas Mario Horvat, 8. Xavyer Junior Vilson, 18. Tural Qürbətov (19. Nurlan Novruzov, 59), 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov (29. Əziz Quliyev, 90+2).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 24. Nenad Kovaçeviç, 23. Maris Verpakovski, 14. Elvin Əliyev.
Baş məşqçi: Bojidar Bandoviç.
İNTER – RƏVAN - 2:0 (0:0)
Qollar: B.Tsxadadze, 51-pen, S.Zərgərov, 90+4 (2:0)
Sarı vərəqələr: Abdulla Abatsiyev, 18 (qeyri-idman hərəkəti); Ruslan Əmircanov, 90+1 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
2 dekabr 2012. Bakı. “Şəfa” stadionu. 700 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 67), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse (20. Brüs Abdulaye, 85), 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev (13. Coşqun Diniyev, 77).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 9. Daniel Genov, 18. İliya Kandelaki, 23. Tales Şutz.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov (11. Şeriff Suma, 72), 14. Xuan Manuel Varea, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman (10. Nemanya Vidakoviç, 72), 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 17. Rüfət Cəlilov.
Baş məşqçi: Kemal Alispahiç.
NEFTÇİ – QARABAĞ - 0:1 (0:1)
Qol: V.Nadirov, 12 (0:1).
Sarı vərəqələr: Bruno Bertuççi, 45 (qeyri-idman hərəkəti); Flavio Aleks Valensio, 45 (qeyri-idman hərəkəti); Erik Ramos, 68 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 72 (qeyri-idman hərəkəti); Mahir Şükürov, 90+2 (qeyri-idman hərəkəti) - Bədavi Hüseynov, 32 (qeyri-idman hərəkəti); Vüqar Nadirov, 45 (qeyri-idman hərəkəti)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Ramiz Əsədov, Rauf Cababrov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
2 dekabr 2012. Bakı. 8-ci kilometr stadionu. 3000 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 66).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (14. Rəşad Sadıqov, 60), 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 64), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (11. Rauf Əliyev, 83).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 9. Tural İsgəndərov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
| 1 | İnter | 14 | 7 | 5 | 2 | 15 | 6 | +9 | 26 |
| 2 | Simurq | 15 | 7 | 5 | 3 | 17 | 9 | +8 | 26 |
| 3 | Qarabağ | 15 | 6 | 6 | 3 | 19 | 15 | +4 | 24 |
| 4 | Qəbələ | 15 | 6 | 4 | 5 | 18 | 17 | +1 | 22 |
| 5 | Neftçi | 12 | 7 | 0 | 5 | 26 | 15 | +11 | 21 |
| 6 | Turan | 15 | 5 | 4 | 6 | 19 | 20 | –1 | 19 |
| 7 | XL | 13 | 5 | 4 | 4 | 18 | 11 | +7 | 19 |
| 8 | AZAL | 13 | 4 | 5 | 4 | 17 | 14 | +3 | 17 |
| 9 | Bakı | 13 | 3 | 7 | 3 | 13 | 10 | +3 | 16 |
| 10 | Rəvan | 15 | 4 | 4 | 7 | 14 | 23 | –9 | 16 |
| 11 | Sumqayıt | 15 | 3 | 5 | 7 | 12 | 28 | –16 | 14 |
| 12 | Kəpəz | 15 | 2 | 3 | 10 | 9 | 29 | –20 | 9 |
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).
