2 dekabr 2012 12:19
La Liqada növbəti baş məşqçi istefası
Futbol üzrə İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Valencia”nın rəhbərliyi baş məşqçi Maurisio Pelleqrino ilə yolları ayırmaq qərarına gəlib.
Bu barədə klubun prezidenti Manuel Lorente məlumat verib. Klub prezidenti baş məşqçinin istefaya göndərilməsinin səbəbi kimi “Valencia”nın uğursuz çıxışı və “Real Sosyedad”a biabırçı ev məğlubiyyətini (2:5) göstərib.
Qeyd edək ki, Pelleqrino “Valencia”ya bu mövsümdən etibarən baş məşqçilik etməyə başlamışdı. Komandanı bundan sonra kimin çalışdıracağı bəlli deyil.
