2 dekabr 2012 13:44
“Bakı klubunda belə bir şey ola bilməz”
“Bakı”nın yarımmüdafiəçisi Lukas Mario Horvat Topaz Premyer Liqasının 15-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Qəbələdə qələbə seriyasına start vermək istəyirik. Ona görə də bura oyundan iki gün öncə gəlmişik. Rəqib son matçlarında inamlı təsir bağışlayır, yüksəlişdədilər. Bizə çox çətin olacaq. Lakin komandamız rəhbərliyin və azarkeşlərin inamını geri qaytarmaq üçün əlindən gələni edəcək.
- “Qəbələ”nin heyətində kimləri qeyd edə bilərsiz?
- Bütün futbolçuları bərabərdi. Onlar kollektiv futbol sərgiləyirlər. Biz “Qəbələ” ilə görüşdə konsentrasiyanı itirməməliyik. Çünki xal itirmək lüksümüz qalmayıb.
- Qol epizodlarından daha yaxşı yararlanmaq üçün nə fikirləşmisiz?
- Komandanın hücum xəttində həqiqətən problem var. Parks hələ zədəlidi və bizə kömək edə bilmir. Verpakovski də formada deyil. Lakin istənilən halda yanvara kimi maksimum xal toplamağımız lazımdı. Zədəli futbolçularımız sıraya dönəndən sonra liderlərlə oynamaq bizə daha asan olacaq. Özü də Azərbaycan çempionatı bu mövsüm daha güclü olub.

- “Bakı” ilk altılıqdan kənar qala bilər...
- Bu haqda düşünmək belə istəmirəm. Biz buna imkan verməyəcəyik. İki qələbə bizi üst pillələrə çıxara bilər. Komandamız həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Bu mövsüm də istisna deyil.
- “Neftçi”yə məğlubiyyətdən sonra mətbuatda bəzi futbolçularınızın bilərəkdən zəif oynadığı iddia olunmağa başladı...
- Nədən danışdığınızı başa düşdüm. Amma “Bakı”da belə bir şey ola bilməz. Bizim klub ölkədə ən yaxşılardan biridi. Hər cür şəraitimiz var. Kənarda axtaracağımız heç nə yoxdu. Hər bir futbolçu komandaya kömək etməyə çalışır.
- Sizcə, cari mövsümün favoriti hansı komandadı?
- Bütün komandalar yaxşı oynayırlar. Amma mənim üçün əsas favorit “Bakı” olaraq qalır. Məni ancaq öz komandam maraqlandırır.
- Bütün komandalar yaxşı oynayırlar. Amma mənim üçün əsas favorit “Bakı” olaraq qalır. Məni ancaq öz komandam maraqlandırır.