2 dekabr 2012 12:35
Azərbaycan derbisini Neftçi qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 15-ci turunun “Neftçi” – “Qarabağ” oyununda hansı hesab qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi aşağıdakı kimidi.
Belə ki, oxucularımız daha çox “Neftçi”nin qalib gələcəyini proqnozlaşdırır. Bu varianta respondentlərin 56 faizi (319 səs) inanır.
30 faiz (173 səs) “Qarabağ”ın qələbə qazanacağını düşünür. Heç-heçə olacağını isə cəmi 14 faiz (81 səs) gözləyir.
