3 dekabr 2012 14:40

Xəzər Lənkəran AZAL-la ev oyununda məğlub oldu (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında 15-ci turun yarımçıq qalmış bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” – AZAL qarşılaşması qaldığı yerdən davam etdirilib.
 
Qeyd edək ki, bu oyunun yarımçıq dayandırılmasına qatı duman səbəb olmuşdu. Məhz bu səbəbdən baş hakim Rəhim Həsənov qarşılaşmanı 54-cü dəqiqədə dayandırmışdı. PFL-in qərarına əsasən qarşılaşma bu gün saat 14:00-da dayandığı yerdən davam etdirəlib. Görüşün bu gün baş tutan hissəsində daha bir qol vuran "təyyarəçilər" qələbəyə seviniblər.
 
Xatırladaq ki, bu oyun dayandırılına qədər hesab 1:1 idi. 11-ci dəqiqədə AZAL-dan Ruslan Tağızadə, 22-ci dəqiqədə “Xəzər Lənkəran”dan Branimir Subaşiç fərqlənmişdi.
 
Topaz Premyer Liqası
15-ci tur
3 dekabr
 
XƏZƏR LƏNKƏRAN – AZAL - 1:2 (1:1)
Qollar: R.Tağızadə, 11 (0:1), Branimir Subaşiç, 22 (1:1)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Lənkəran. Şəhər stadionu.
 
55. Yarıda dayandırılmış oyun bərpa olunur
Hər iki komanda müdafiədə oturmaq fikrindən uzaqdı və qələbə qolunu vurmaq üçün irəli atılmağa çalışır
Nildonun zərbəsi qapıdan yan keçir
Cənubluların güclü pressinqi hələ ki, bəhrə vermir
Benuahinin zərbəsini Sadıqlı dəf edir
Nildonun da zərbəsi qapıçıda qalır
XL-da Tounkaranı A.Ramazanov əvəzləyir
Cərimə zərbəsi zamanı Benuahi başla topu qapıdan keçirir - 1:2
Allahverdiyev sarı vərəqə ilə cəzalanır
AZAL təhlükəli əks-hücum qursa da, Nildonun zərbəsi alımır
Qonaqların heyətində Taqayevi O.Həsənov əvəzləyir
Novruzovu isə O.Klyava əvəzləyir
XL bütün qüvvəylə hücuma atılsa da, bəhrəsizdi
Matç başa çatdı
 
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 28. Tərlan Qasımzadə, 4. Akif Tağıyev, 3. Vanderson Skarduelli, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 20. Elnur Cəfərov, 55. Ağabala Ramazanov.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 8. Elman Taqayev, 11. Zohair Benouahi, 22. Ruslan Tağızadə, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə (k), 23. Tural Nərimanov, 15. Oskar Klyava, 7. Cavid Tağıyev, 10. Tərlan Xəlilov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
 
Turun digər oyunları: Neftçi – Qarabağ – 0:1, Qəbələ - Bakı – 0:2, Turan – Kəpəz – 5:1, Sumqayıt – Simurq – 0:1, İnter – Rəvan – 2:0.
 
1 İnter 14 7 5 2 15 6 +9 26
2 Simurq 15 7 5 3 17 9 +8 26
3 Qarabağ 15 6 6 3 19 15 +4 24
4 Qəbələ 15 6 4 5 18 17 +1 22
5 Neftçi 12 7 0 5 26 15 +11 21
6 Turan 15 5 4 6 19 20 –1 19
7 XL 13 5 4 4 18 11 +7 19
8 AZAL 13 4 5 4 17 14 +3 17
9 Bakı 13 3 7 3 13 10 +3 16
10 Rəvan 15 4 4 7 14 23 –9 16
11 Sumqayıt 15 3 5 7 12 28 –16 14
12 Kəpəz 15 2 3 10 9 29 –20 9
 
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ), Zohair Benuahi (AZAL).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.