4 dekabr 2012 00:00
Cavid Hüseynov Türkiyədə növbəti qələbəsinə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT Birinci Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 14-cü turu çərçivəsində “Kartalspor” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Həmyerlimizin komandası bu istəyinə çətinıliklə də olsa, çata bilib.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Futbolçumuz yalnız 84-cü dəqiqədə meydana çıxıb və qələbəyə sevinib.
“Adana Demirspor” hazırda 23 xalla 18 komanda arasında 6-cı yerdədi.
Türkiyə PTT birinci liqası
14-cü tur
3 dekabr
Adana Demirspor – Kartalspor - 2:1 (1:0)
