4 dekabr 2012 00:23
Cihansız Erciyesspor evdə məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 14-cü turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən maksimum nəticə ilə ayrılmağı hədəfləmişdi. Amma Özkaranın komandası heç bir xal da qazana bilməyib.
Bu görüşdə Cihanın hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Lakin təəssüf ki, baş məşqçisi onu yenə "18-liy"ə daxil etməyib.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan 13 oyuna topladığı 27 xalla birinci yerdə gedir.
PTT birinci liqası
14-cü tur
3 dekabr
Erciyesspor - Adanaspor - 0:0 (2-ci hissə)
