2 dekabr 2012 16:17
“Qələbəni klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 15-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Futbolçuların oyunundan razıyam. İlk hissəyə pis başladıq. Lakin hesabı bizim açmağımız yaxşı oldu. Bundan sonra komanda daha yaxşı oynadı. “Qəbələ” komandasını gözəl oyuna görə təbrik edirəm. Biz isə qələbəni bu gün ad gününü qeyd edən klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik”.
