2 dekabr 2012 16:23
“Dodo və Rəşadın bu gün heyətdə olmaması oyunumuza təsir etdi”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 15-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamdan razıyam. İlk hissədə 3 real qol imkanı yaratdıq. Təəssüf ki, bundan faydalana bilmədik. İkinci hissədə isə daha çox imkanımız oldu və bunlardan da istifadə edə bilmədik. Dodo və Rəşadın bu gün heyətdə olmaması oyunumuza təsir etdi. Yolumuza davam edirik. Gələcək oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
