2 dekabr 2012 16:36
“Bizim üçün 3 xalı qazanmaq vacib idi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 15-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hesabı biz açdıqdan sonra rəqib komanda təzyiqi artırdı. Hər iki komanda sona kimi mübarizə apardı. AZAL ilə kubok oyunundan sonra çox yorğun idik. Bizim üçün 3 xalı qazanmaq vacib idi, buna nail olduğumuz üçün komandanı təbrik edirəm”.
