2 dekabr 2012 16:44
“Simurqa qarşı oyunlarımız həmişə eyni cür olur”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 15-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Simurq”a qarşı oyunlarımız həmişə eyni cür olur. Çox çətin oyun oldu. Yekunda da bir top fərqi ilə məğlub olduq. Bizim səhvimizdən istifadə edib qələbə qolu vurdular”.
