3 dekabr 2012 22:12
Millimizin futbolçusu oynamadı, komandası 4-cü pilləyə yüksəldi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 20-ci turu çərçivəsində “CSKA Rapib” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilib. “Milsami” bu görüşdə 2:0 hesabıyla qalib gəlib.
Son oyunlarda iştirak etməyən Elhadın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, baş məşqçisi həmyerlimizə yenə şans verməyib.
Qeyd edək ki, hazırda “Milsami” 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Moldova çempionatı
20-ci tur
Milsami – CSKA Rapib - 2:0
