4 dekabr 2012 00:04

Karles Bakes: XL azarkeşləri belə məğlubiyyətlərə layiq deyillər

“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 15-ci turunun AZAL ilə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Son məğlubiyyətinizə nə səbəb oldu?
- Fikrimcə, əsas səbəb oyunun təxirə salınmasıdı. Əlbəttə, bu, hər iki komandaya oxşar problemlər yaratdı. Amma biz dünən daha yaxşı oyun sərgiləyirdik, nəinki bu gün. Təxirəsalma bizə rəqibdən daha çox təsir etdi. Onu da etiraf etmək lazımdı ki, AZAL son 35 dəqiqədə daha yaxşı oyun sərgilədi. Onlar bizim səhvlərimizdən yararlanmağı bacardılar.
 
- “Xəzər Lənkəran”da heyətlə bağlı problem var?
- Mən yalnız 12-13 futbolçuya ümid bağlaya bilirəm. Əgər bu, problem deyilsə, nədi? Rotasiya aparmaq mümkünsüzdü. Hər tur meydana eyni futbolçular çıxmalı olurlar. Onların yorğunluğu da oyunumuza təsirsiz ötüşmür. İlin sonuna qədər cəmi dörd oyunumuz qalıb. Bu görüşlərdən maksimum xalla ayrılmalıyıq.
 
- Komanda hazırda ilk altılıqdan kənardadı. Ən güclülərin siyahısına düşməmək ehtimalı ilə razısız?
- Azarkeşlərimiz komandanın ən yüksək yerlər tutmasına layiqdilər. Onlar belə məğlubiyyəti haqq etmirlər. Qalan görüşlərimizdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Qarşıda sizi “Bakı” ilə təxirə salınan oyun gözləyir. Bu komanda ilə ilk oyunu necə xatırlayırsız?
- “Bakı” ilə həmin görüş mənim “Xəzər Lənkəran”dakı ilk oyunum idi. Biz həmin qarşılaşmada uduzmuşduq. Amma indi bu rəqibimizin necə oynadığını bilirik. Onlar “Qəbələ”ni səfərdə məğlub etməklə medallar uğrunda mübarizəni sona kimi davam etdirəcəklərini isbatladılar. Bu komanda “Neftçi”yə də qarşı əla oynamışdı. Amma həmin görüşdə hakim kobud səhvlər buraxdı. Hansı ki, həəmin səhvlər oyunun gedişinə təsirsiz ötüşmədi.
 
- “Bakı”dan söz düşmüşkən, bu klub Madrid “Atletico”su ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu klubun futbol akademiyası nə qədər güclüdü?
- İspaniyada onlar o qədər də populyar deyillər. “Atletico”nun özünün xeyli yetirməsi var. Amma “Barcelona” başqa məsələ! Amma ümid edirəm ki, bu əməkdaşlıq Azərbaycanda uşaq futbolunun inkişafına yardımçı olacaq.
 
- Azərbaycan çempionatının səviyyəsi barədə nə deyə bilərsiz?
- Gözlədiyimi gördüm. Bəzi komandalar bərabər səviyyədədilər. Hətta kiçik bir xal itkisi hər komandaya baha başa gəlir. Bu, Premyer Liqadı və başqa nəsə gözləmək də olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.