3 dekabr 2012 10:29

Vüqar Nadirov: Qarabağ-ın məqsədi avrokuboklardı

“Qarabağ”ın forvardı Vüqar Nadirov Topaz Premyer-liqasının 15-ci turunda “Neftçi” üzərində qələbə barədə azerisport.az-ın müxbirinə müsahibə verib.
 
Форвард агдамского «Карабаха» Вугар Надиров в беседе с корреспондентом azerisport.com говорит о победе над «Нефтчи» в матче 15-го тура Topaz премьер-лиги Азербайджана, проблемах со стабильностью и усталости.
 
- “Neftçi”dən belə oyun gözləyirdiniz?
- Bizim qələbəmizə baxmayaraq “Neftçi” yaxşı oynadı. Onların təhlükəli vəziyyətləri oldu, sadəcə biz onlara qol vurmaq imkanı vermədik. Mənə oyuna çıxdığımız həmin əhval xoş gəldi. Düşünürəm ki bu, uğurumuzda müəyyən rol oynadı.
 
- Öz qolunuzu necə xatırlayırsınız?
- Muaremin yaxşı ötürməsini xatırlayıram. Bundan sonra qol vurmamaq  daha çətin idi. Zərbə də pis alınmadı.
 
- Sizin üçün bu, mövsümdə ancaq ikinci qoldur. Hücumçu üçün az deyil ki?
- Əgər bu komandanın nəticələrinə təsir etmirsə, onda hər şey qaydasındadır. Biz indi üçüncüyük və liderdən fərqimiz azacıqdır. Çempionluq uğrunda mübarizə aparırıq. Bəli, əlbəttə, hücumçular dəqiq olsaydı, biz daha çox xal qazanardıq. Ancaq bütün komandalarda bütün oyunçular səhv edə bilər.
 
- “Qarabağ” “Neftçi”ni mövsümdə  ikinci dəfə məğlub etdi. Bu, rəqibi yaxşı tanımağınız barədə biz söz demir?
- Bu qələbələrdə Qurban Qurbanovun xidmətləri böyükdür. O, bizi oyuna yaxşı hazırladı. Diqqət yetirin, qoldan sonra biz təmkinli oynamaqla yanaşı oyunun gedişinə nəzarət edirdik. Bu, rəqibi öyrənməyimiz haqda nəsə deyir.
 
- Siz “Avropa Liqası”nda çıxış edən komandanı məğlub etdiniz. Bu fakt əlavə stimul idi?
- Xeyr, bu amilsiz də “Neftçi” bizim üçün çox vacib rəqibdir. Azərbaycanı avrokuboklarda layiqli təmsil etdiklərinə görə onlara təşəkkür edirəm. Gələn mövsüm həmçinin biz “Avropa Liqası”nın qrup mərhələsinə düşməyə çalışacağıq. Bunun üçün cəhd etmək lazımdır.
 
- “Avropa Liqası” yoxsa “Çempionlar Liqası”?
- Məqsədimiz - avrokuboklardır. Hansı - vaxt göstərəcək. Son mövsümün uğursuzluğu təkrar olunmamalıdır.
 
- Sizə elə gəlmir ki, böhranı aradan qaldırmaq “Qarabağ”a hələ müyəssər olmayıb?
- Hücumda bizim problemlərimiz qalıb. Ancaq düşünürəm ki, ən çətin vaxt artıq geridədir. Son dörd oyunda biz 10 xal qazanmışıq. Bu, yaxşı nəticədir. Həmçinin, daha zəif rəqiblərlə oyunlara köklənməyimizdə problemlər var. Güclülərə qarşı yaxşı oynayırıq, ancaq digər komandalara qarşı oyunlarda özümüz-özümüzə problemlər yaradırıq.
 
- Çoxları düşünür ki, “Qarabağ”da heyətlə bağlı problemlər var.
- Bəzən futbolçular doğrudan da yorulurlar. Yığmada, ardınca çempionatda oynayırlar. Əlbəttə, bu, bizim sənətimizdir. Ancaq yorğunluq nəticələrdə əksini tapır. Demək olmaz ki, heyətimiz zəifdir. Sadəcə, sabitliklə bağlı problemlər var.
 
- Növbəti oyunda “Kəpəz”ə qarşı oyununuz var.
- Rəqibə qarşı oyuna ciddi hazırlaşmaq lazımdır. Çətin ki “Turana”a belə hesabla məğlubiyyət (1:5) onların planlarına daxil idi. Ona görə də onlar bizimlə oyunda fərqlənməyə çalışacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.