3 dekabr 2012 11:45
Azərbaycanın rəqibləri nə vaxt müəyyənləşəcək?
Dekabrın 5-də, İsveçərnin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013-2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin mərasimdə Azərbaycan da öz rəqiblərini tanıyacaq.
U-17-lərin püşkatması Bakı vaxtı ilə saat 11:30-da, U-19-ların püşkatması isə saat 12:45-də başlayacaq.
