3 dekabr 2012 12:15
Yığmamız ilk məşqə gec gəldi
Futbol üzrə Azərbaycanın əsas yığma komandası bu gün Bakıda təşkil olunan təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, komandanı məşqə baş məşqçi Berti Foqts özü çıxarıb.
Lakin millimiz Bayıl stadionunda baş tutan ilk məşqə bir qədər gec gəlib. Belə ki, almaniyalı mütəxəssisin yetirmələri 10:30-da məşqə çıxmalı olsa da, bunu 12 dəqiqə sonra həyata keçiriblər.
