3 dekabr 2012 12:32
Millimizin Dubay toplanışı üçün rəqibləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan yığmasının gələn ilin yanvar-fevral aylarında Dubayda həyata keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər müəyyənləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts hazırlıq prosesi zamanı yetirmələrini iki sınaq matçında da yoxlamaq istəyir.
Artıq həmin rəqiblərin adları da məlumdu. Belə ki, futbolçularımızı Özbəkistan və Lixtenşteynlə duellər gözləyir. Özbəklərlə duel fevralın 1-də baş tutacaq. Lixtenşteyn yığmasıyla qarşılaşma isə həmin ayın 6-na təsadüf edəcək.
Qeyd edək ki, yığmamızın Dubay toplanışı yanvarın 29-da start götürəcək.
