3 dekabr 2012 13:07
Mahmud Qurbanov Turana 1:5 hesablı yenilgidən danışdı
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 15-ci turunun “Turan”la oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, komandasının 1:5 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Turan”ın erkən qol vurması çox üzücü oldu. Ardından daha bir hücum təşkil etdilər, o da qol oldu. Qapıçımız və müdafiəçilər çoxlu səhvlərə yol verdilər ki, bu da sonda belə bir darmadağına gətirib çıxardı. Məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm. Düzdü, komandada maaşlarla bağlı müəyyən gecikmə var. Amma bu, belə oynamağımıza əsas vermir. Pulu futbolçular alacaqlar, bəs xalı kim qazanacaq? Bizə xal və xallar qazanmaq vacibdi. Buna görə heyəti gücləndirməyimiz lazımdı. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün əməli tədbirlər görülməlidi”.