3 dekabr 2012 14:07

Berti Foqts: İnteri İtaliya çempionatı Neftçi ilə oyundan daha çox narahat edir

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yığmanın bu gün başlayan toplanışında əsas məqsəd nədi?
- Biz gənc futbolçulara şans vermək istəyirik. Onların yaxın gələcəkdə milliyə düşmək şanslarının nə qədər yüksək olduğuni bilməliyik. Bu, onlar üçün bir şansdı. Bundan istifadə etməlidilər.
 
- Bu toplanışdan nə gözləyirsiz?
- 3-4 futbolçu seçəcəyimə ümid edirəm. Onların artıq gələn ildən əsas yığmaya qoşulması lazımdı.
 
- Rüfət Dadaşov yenilər arasında ən diqqətçəkən adlardandı. O, necə təsir bağışladı?
- O, yenicə gəlib, gecə də az yatıb. Bu futbolçuya vaxt vermək lazımdı. Bir məşqə əsasən futbolçuya qiymət vermək olmaz.
 
- Dünən birdən-birə üç oyun izlədiniz. Həmin görüşlərlə bağlı fikirləriniz maraqlıdı...
- “Neftçi” – “Qarabağ” matçında mən 30-35 dəqiqə Avropa səviyyəli futbol izləyə bildim. Amma çox istərdim ki, bunu bir saat və ya 70 dəqiqə ərzində görüm. Bütövlükdə, maraqlı oyun idi. “İnter” – “Rəvan” matçında meydan sahibləri üstünlüyə malik idilər və layiqli qələbə qazandılar. Həmçinin “Sumqayıt” – “Simurq” matçında da oldum.
 
- “Neftçi”dən İtaliya “İnter”i ilə oyunda nə gözləyirsiz?
- İtalyanların hansı heyətlə oynayacağını bilmirəm. Çünki onlar öz vəzifələrinin öhdəsindən gəliblər. Rəqib komandanın milli çempionatda problemləri var. Yəqin ki, bu, onları “Neftçi” ilə oyundan daha çox narahat edir. Azərbaycan klubu isə bu şansdan yararlanıb müsbət nəticə qazana bilər.
 
- FİFA-nın ilin ən yaxşı futbolçusu ilə bağlı sorğusuna cavabınızı müəyyənləşdirmisiz?
- Mən öz seçimimi iki həftə öncə etmişəm.
 
- Yığmamızın kapitanı Rəşad Sadıqov artıq hansı futbolçular arasından seçim edəcəyini açıqlayıb.
- Mən deməyəcəm.
 
- Rail Məlikov “Denizlispor”da daim meydana çıxdığı halda onu milliyə dəvət etmirsiz...
- Siz onun keçmiş komandasından niyə uzaqlaşdırıldığını bilirsiz?
 
- Bunu avrokuboklardakı zəif çıxışla əlaqələndirmişdilər. Amma hazırda o, hər oyunda 90 dəqiqə meydanda olur.
- Bəs siz onun oyununu görmüsüz?
 
- Xeyr.
- Onun Türkiyədəki oyunları haqda məndə kifayət qədər məlumat var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.