3 dekabr 2012 14:16

Neftçi Reala şərik oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, 451 komandanın yer aldığı siyahıda 2 Azərbaycan komandası da var.
 
“Neftçi” siyahıda 44 pillə irəliləyib. 213-cü yerə qalxan Azərbaycan çempionu 87 xala malikdi. “Ağ-qaralar” Polşanın “Lech”, Zimbabvenin “Dinamo” və Perunun “Real” klubları ilə şərikdi. Bakılıların son 1 ayda arxada qoyduğu klublar arasında Türkiyənin “Trabzonspor” komandası da var.
 
“Neftçi”nin Avroliqanın qrup mərhələsindən rəqiblərindən İtaliya “İnter”i 28-ci (194 xal), “Rubin” 72-ci (144 xal), “Partizan” 139-cudu (106 xal).
 
Digər təmsilçimiz “İnter” 7 pillə irəliləyərək, 420-ci yerə qalxıb – 62 xal.
 
Siyahıya İspaniya klubları - “Barcelona” və “Atletico” başçılıq edir – müvafiq olaraq 345 və 298 xal. Argentinanın “Boca Juniors” klubu 284 xalla ilk “üçlüy”ü qapayır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.