3 dekabr 2012 14:33

Topaz Premyer Liqasında ilk het-trik

“Turan”ın malili futbolçusu Salif Ballo Topaz Premyer Liqasının tarixinə düşüb. Azerisport.az xəbər verir ki, afrikalı futbolçu XV turun “Kəpəz”lə oyununda 3 qol vurmaqla het-trik müəllifi olub. Bu het-trik mövsümün ilk belə göstəricisidir. Arxada qalan 14 turda 2 poker qeydə alınsa da, 3 qol vuran olmamışdı.  Ballo həm də Topaz Premyer Liqası tarixində ilk het-trik müəllifi olub.
 
Ölkə çempionatlarında son het-trik ötən mövsümdə aprelin 14-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə baş vermişdi. Həmin vaxt Unibank Premyer Liqası adlanan ölkə çempionatında Deyvidas Çesnauskis qonaqların qapısına 3 qol vurmuşdu.
 
Legionerlərin 29-cu het-triki
 
Ballonun son turdakı het-triki milliləşən futbolçular da nəzərə alınmaqla legionerlərin Azərbaycan çempionatlarındakı 29-cu nailiyyəti oldu. Belə ki, arxada qalan 20 yarışda əcnəbilər 28 dəfə 1 oyunda 3 qol vurmuşdu.
 
Azərbaycan çempionatlarında legionerlərinin het-trikləri:
 
1997/98 Badri Kvaratsxeliya (Kəpəz) - 2 dəfə
1999/2000 Badri Kvaratsxeliya (Şəmkir)
2000/01 Leonid Kalfa (Neftçi)
2003/04 Arçil Soxadze (Xəzər Universiteti)
2004/05 Eskot Essanq (Şəmkir), Oqtay Dərəlioğlu (Xəzər-Lənkəran), Şalva Mumuladze (Şahdağ)
2005/06 Junivan Suares (Turan) - 2 dəfə, Tomislav Mişura (Neftçi), Əhməd Ticani (Şahdağ), Yakuba Bamba (Karvan)
2006/07 Vladimir Mazyar (Simurq)
2007/08 Branimir Subaşiç (Neftçi), Əhməd Ticani (Bakı), Anatoli Doroş (Standard)
2008/09 Fərzad Hatəmi (Qəbələ), Leandro Qomeş (Olimpik), Viktor İqbekoyi (Turan), Valter Quqlemon (İnter)
2009/10 Girts Karlson (İnter), Anatoli Doroş (Olimpik-Şüvəlan), Robertas Poşkus (İnter)
2010/11 Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ)
2011/12 Bahodir Nasimov (Neftçi), Deyvidas Çesnauskis (Bakı)
2012/13 Salif Ballo (Turan)
 
Ballo çempionatlarımızda het-trik edən 23-cü legionerdir. Ona qədərki 28 het-triki 22 futbolçu gerçəkləşdirmişdi.
 
Azərbaycanda het-trik edən legionerlər:
Badri Kvaratsxeliya – 3 dəfə
Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov – hərəyə 2 dəfə
Leonid Kalfa, Arçil Soxadze, Eskot Essanq, Oqtay Dərəlioğlu, Şalva Mumuladze, Tomislav Mişura, Yakuba Bamba, Vladimir Mazyar, Branimir Subaşiç, Fərzad Hatəmi, Leandro Qomeş, Viktor İqbekoyi, Valter Quqlemon, Girts Karlson, Robertas Poşkus Georgi Adamiya, Deyvudas Çesnauskis, Salif Ballo – hərəyə 1 dəfə.
 
Salif Junivan Suares və Viktor İqbekoyidən sonra 3-cü legionerdir ki, “Turan”ın heyətində het-trik edir. Həmin 2 əcnəbi üst-üstə 3 dəfə 1 oyunda 3 qol vurmuşdu. Ballo Tovuz təmsilçisinin 4-cü belə het-trikini rəsmiləşdirdi.
 
Legionerlərin klublar üzrə het-trikləri:
“Neftçi” – 5
“İnter”, “Turan” – hərəsi 4
“Bakı”, “Gəncə”, “Şəmkir”, “Şahdağ”, AZAL - hərəsi 2
“Standard”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Karvan”, “Simurq”, “Qarabağ” - hərəsi 1
 
İndiyədək heç bir malili futbolçu Premyer Liqada 1 oyuna 3 qol vurmamışdı. Mali bu sıralamada sayca 17-ci oldu.
Legionerlərinin ölkələr üzrə het-trikləri:
 
Gürcüstan – 6
Nigeriya, Braziliya - hərəsi 3
Moldova, Ukrayna Litva, Özbəkistan  - hərəsi 2
Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali – hərəsi 1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.