3 dekabr 2012 15:17
“Oyunun yarımçıq qalması bizim əleyhimizə işlədi”
Topaz Premyer Liqasının 15-ci turuna “Xəzər Lənkəran” - AZAL qarşılaşması ilə yekun vuruldu. Azerisport.az xəbər verir ki, bazar günü güclü duman səbəbi ilə 54-cü dəqiqədə yarımçıq qalmış oyunun davamı dekabrın 3-də oynanılıb. Oyunun sonlarına yaxın ev sahibi komandanı məyus edən Zohair Benuahi komandasına səfər qələbəsini təmin edib - 2:1.
Qarşılaşmadan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Karles Bakes bunları dilə gətirib: “Oyunun dünən yarımçıq qalması bizim əleyhimizə işlədi. Çünki, dünən biz üstün oyun oynayırdıq. Bu gün AZAL daha yaxşı oynadı və layiqli qələbə qazandı”.
