3 dekabr 2012 15:28
Vaqif Sadıqov: Bu qalibiyyət bizim üçün önəmlidi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 15-ci turunun “Xəzər Lənkəran”la səfər oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
“Həmkarımla razıyam, dünənki oyunda “Xəzər Lənkəran” daha üstün oynayırdı. Bu gün tamam fərqli oyun göstərdik, daha yaxşı oynadıq və qələbə qazandıq. Hücum futboluna üstünlük verdik, bunun bəhrəsini gördük. Bir neçə tur idi ki, qalib gələ bilmirdik. Bu qalibiyyət bizim üçün önəmlidi. Axşam rəqibin oyununu araşdırdıq və bu gün oyunumuzu dəyişdirdik”.
