3 dekabr 2012 16:25
Andrey Popoviç Turandan qovuldu
“Turan” futbol üzrə Azərbaycan yığmasının da qapısını qoruyan Andrey Popoviçə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu addımı sözügedən futbolçunun sistematik olaraq intizamsızlıq etməsi ilə əlaqələndirib.
Popoviç özü isə saytımıza müsahibəsində Tovuz klubundan gedişi ilə bağlı bunları söyləyib: “Burda danışılası heç nə yoxdu. Bu, baş məşqçinin qərarıdı. Bu qərarı intizamsızlığımla əlaqələndirdilər. Guya içki içirəm, komandada intizama əməl etmirəm. Öz növbəmdə deməliyəm ki, bütün bunlar düz deyil. Əfqan Talıbov çox söz danışa bilər. “Xəzər Lənkəran”la kubok oyunundan sona o məni rəqib futbolçunu vurmaqda ittiham etdi. Hansı ki, həmin epizodda qapımıza penalti təyin olundu. Məşqçinin bu qərarından sonra komandanın 10 oyunçusu mənə görə məşqçidən xahiş də etdi. Əgər baş məşqçi haqlı olsaydı, onlar bu addımı atmazdılar. Uşaqlara bu dəstəyə görə təşəkkürümü bildirirəm. Yeti gəlmişkən, mən onları “Kəpəz” üzərindəki parlaq qələbələri münasibətilə təbrik etdim”.
Popoviç daha sonra bunları dilə gətirib: “Skarlatake ilə toqquşduğum epizodda zədə almışdım və hazırda onu sağaltmaqla məşğulam. Əminəm ki, bu xəbər Berti Foqtsa qədər gedib çıxacaq. Amma bizim artıq bu barədə söhbətimiz olub. Dəfələrlə demişəm ki, komanda toplanışda olanda və ya oyuna hazırlaşanda içmirəm. Etiraf edirəm ki, oyundan sonra içirəm. Təbii ki, qarşıda iki gün istirahət olanda”.

“Bakı”ya məxsus qapıçı gələcək karyerası ilə də bağlı danışıb: “Mənim klub rəhbərliyi ilə söhbətim olacaq. Əgər şans versələr, bundan yararlanmaq istəyirəm. Mən hazırda “Bakı”da çıxış edən qapıçılardan zəif deyiləm. Amma hələlik əvəzedici komandada məşq etməli olacağam. Başqa variantları da gözdən keçirəcəyəm. Ölkə xaricinə yollanmağım da istisna deyil”.