3 dekabr 2012 16:49
Əfqan Talıbov: Popoviç bir neçə spirtli içkini eyni vaxtda qəbul edirdi
“Turan”ın baş məşqçisi Əfqan Talıbov qapıçı Andrey Popoviçin komandadan uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Popoviç özünü ələ ala bilmir. Bu insan çoxlu spirtli içki qəbul edir. Ona bir neçə dəfə demişdim ki, bu qədər araq içmək olmaz. Hətta demişdim ki, oyundan sonra bir az içə bilərsən. Amma toplanış vaxtı olmasın. Lakin Popoviçin spirtli içkilərə olan ehtirası komanda daxilindəki atmosferə mənfi təsir göstərirdi. Özü də o, bir neçə spirtli içkini eyni vaxtda qəbul edirdi. Qoy qayıtsın “Bakı”ya, oynaya bilsə, orda oynasın. Əgər o, intizamı pozursa, biz buna göz yuma bilməzdik”.