3 dekabr 2012 16:55
Bakı Xəzər Lənkəranla matçın hazırlıqlarına start verdi
“Bakı”nın Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ” üzərində qalibiyyətinin ardınca komanda istirahət etmədən artıq bu gün məşqini keçirib. Azerisport.az xəbər verir ki, məşq prosesində futbolçular iki hissəyə bölünüblər.
Birinci komandanın heyəti dünənki oyunda bütün 90 dəqiqəni meydanda keçirən oyunçulardan təşkil olunub. Onlar üçün məşq prosesi nisbətən yüngül formada keçib. Digər komanda isə adi qaydada çalışıb. Bugünkü məşqdə milli komandanın seleksiya xarakterli toplanışına göndərilən Aqil Məmmədov, Şəhriyar Əliyev və Namiq Ələsgərov iştirak etməyiblər.
Xatırladaq ki, Azərbaycan milli komandası dekabrın 3-5-dək gündə iki dəfə olmaqla məşq prosesi keçəcək. Amma “Bakı”nın dekabrın 6-da Azərbaycan Premyer Liqasının “Xəzər Lənkəran”la 6-cı turdan təxirə salınmış səfər oyununa çıxacağını nəzərə alsaq, Aqil Məmmədov və Şəhriyar Əliyev sabah komandaya qoşulacaq.
