3 dekabr 2012 17:02
Neftçinin Avroliqadakı son oyunu bosniyalı hakimə tapşırıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “İnter” – “Neftçi” matçını idarə edəcək baş hakimin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Milanda baş tutacaq görüşü bosniya və hersoqovinalı referi Emir Aleçkoviç idarə edəcək.
Qeyd edək ki, dekabrın 6-da “Cüzeppe Meatsa” stadionunda keçiriləcək “İnter” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
