4 dekabr 2012 17:49
Azərbaycanın AÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri bəlli oldu
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mübarizəyə əsas seçmə mərhələdən başlayacaq millimiz, püşkün nəticəsinə əsasən, 2-ci qrupda yer alıb.
Komandamız bu qrupda Slovakiya, Bosniya və Herseqovina yığmaları, həmçinin ilkin seçmə mərhələnin F qrupunun qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ilkin seçmə mərhələnin F qrupunda Albaniya, Norveç, İsveçrə və Danimarka yığmaları mübarizə aparacaq.
Millimizin yer aldığı 2-ci qrupun oyunları 2013-cü il martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.
