4 dekabr 2012 17:57
Bundesliqada növbəti baş məşqçi istefası
Futbol üzrə Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Hoffenheim”ın baş məşqçisi Markus Babbel postundan uzaqlaşdırılıb.
Bu barədə klubun idman direktoru Andreas Müller açıqlama verib. Onun sözlərinə görə, Babbelin göndərilməsinə səbəb komandanın uğursuz çıxışıdı.
Qeyd edək ki, “Hoffenheim” geridə qalan 15 tur ərzində cəmi 12 xal toplamağı bacarıb. Komandanı qışa qədər Frank Kramer çalışdıracaq. Artıq klub yeni baş məşqçi axtarışına başlayıb.
