4 dekabr 2012 18:08
La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Valencia” klubu özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra Ernesto Valverde çalışdıracaq.
Qeyd edək ki, “Valencia” rəhbərliyi “Real Sociedad”la son ev oyununda biabırçı hesabla (2:5) məğlub oldu. Məhz həmin görüşdən sonra klub rəhbərliyi Maurisio Pelleqrino ilə yolların ayrılmasına qərar verilmişdi.
Məhz onun yerinə gətirilən Valverde ilə 2013-cü ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, keçmişdə “Barcelona” və “Athletic”də forma geymiş Valverde “Espanyol” və “Villarreal”ı çalışdırıb.
