4 dekabr 2012 11:24
Xəzər Lənkəran – Bakı matçı bir saat tez başlayacaq
Xəbər verdiyimiz kimi, dekabrın 6-da Topaz Premyer Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, bu, “Xəzər Lənkəran” – “Bakı” qarşılaşmasıdı.
Peşəkar Futbol Liqası bu qarşılaşmanın cümə axşamı Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcəyini və saat 17:00-da start götürəcəyini açıqlamışdı. Lakin bu gün bu görüşün başlama saatı ilə bağlı dəyişiklik edilib. Belə ki, “Xəzər Lənkəran” – “Bakı” oyununun başlama saatı 17:00-dan 16:00-a keçirilib.
