4 dekabr 2012 11:49
İki oyunun keçirilmə yeri dəyişdirildi
Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 16-cı turunda iki oyunun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, Premyer Liqada “Sumqayıt” – “Qəbələ” oyunu “Bayıl Arena”da keçiriləcək.
Əvəzedici heyətlərin çempionatında da “Sumqayıt” – “Qəbələ” oyunu M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Əvəzedici heyətlər
16-cı tur
7 dekabr (cümə)
“Sumqayıt” – “Qəbələ”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 14:00
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr (şənbə)
“Sumqayıt” – “Qəbələ”
Bakı. Bayıl Arena, 14:00
