5 dekabr 2012 00:38
Böyükağa Hacıyev: Milanda heç-heçə bizim üçün tarixi nəticə olacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”a ardıcıl ikinci məğlubiyyətinizə nə səbəb oldu?
- “Qarabağ” adi klub deyil. Bu, Azərbaycanın ən güclü komandalarından birid. Hansı ki, əla baş məşqçisi var. Səbəb sadədi: futbolçularımızdan bəziləri Avropa Liqasından sonra unudublar ki, ümumi uğur naminə çempionatda da bütün güclərini meydanda qoymalıdılar. Sanki ulduz xəstəliyinə tutulublar. “Qarabağ”la oyunda çox arxayın təsir bağışlayırdılar. Həm də bu oyunda bəxtimiz qətiyyən gətirmədi. “Neftçi” xeyli qol epizodu yaratdı. Lakin “Qarabağ”ın qələbəsinin də layiqli olduğunu düşünürəm.

- Futbolçularınızın ulduz xəstəliyinə tutulması Avropa Liqasındakı son oyununuzda da problem yarada bilər?
- Avropa Liqasında buna imkan vermirlər. Amma məsələn, “Neftçi” pley-offa vəsiqə qazansaydı, onda futbolçularımızın özlərini ulduz hesab etməyə haqqı olardı.

- Milan “İnter”inin son oyunlarına baxmısız?
- Onların “Parma”ya qarşı necə oynadıqlarını görmüşəm. Andrea Stramaççoninin əlinin altında çoxlu səviyyəli futbolçular yer almaqdadı. “Parma”ya qarşı bir heyətlə oynadılar, “Rubin”ə qarşı başqa. Baş məşqçinin rotasiya etmək üçün hər cür imkanı var.

- Belə bir komandaya qarşı səfərdə necə oynamağa hazırlaşırsız?
- Hər şeyə rəğmən, mən Milanda müdafiədə oturmaq fikrində deyiləm. Meydana 10 müdafiəçi çıxarmayacağam. Əgər bəziləri kimi meydanın özümüzə aid hissəsinə çəkilib, bütün oyun ərzində müdafiə olunsaq, bununla həm özümü, həm də komandamı təhqir etmiş olaram.

- “Bəziləri” deyərkən Berti Foqtslu Azərbaycan yığmasına işarə vurursuz?
- Mən yığma barədə düşünmürəm. Buna vaxtım da yoxdu. Yığma haqda onsuz da kifayət qədər insan düşünür. “Neftçi” Avropa Liqasında mübarizə aparır, hamı millidən danışır. Bu da başadüşüləndi.

- “Neftçi”nin “İnter”lə oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Heç-heçə bizim üçün tarixi nəticə olacaq. Şanslar hələ ki, bərabərdi. Təəssüf ki, İqor Mitreski və Flavinyonun kiçik zədələri var. Amma oyun gününə kimi onların hazır olacağını düşünürük.

- “İnter”in “Neftçi”yə qarşı ikinci heyətlə oynaması mümkündü?
- Siz elə bilirsiz ki, Stramaççoni evdə məğlub olmaq istəyər? Mən belə düşünmürəm. İtaliyada futbolu hamı çox sevir. Orda hər məğlubiyyət azarkeşlərə zərbədi. Milanda hamı “Neftçi” üzərində qələbə gözləyir. Bu, faktdı.

- “Neftçi”də qışda hansı dəyişikliklər ola bilər?
- Dekabrın 25-dək heç bir xəbər gözləməyin. Yalnız ondan sonra komandanı kimlərin tərk edəcəyini açıqlayacağıq. Fikrimcə, komandaya 4-5 yeni futbolçu dəvət etməliyik. Ola bilər ki, bir az da artıq. “Neftçi” yerli bazarı diqqətdə saxlayacaq.
- Müalicəniz necə gedir?
- Müalicəmi Bakıda davam etdirirəm. Artıq iki kurs müalicə başa çatıb. Əsas odu ki, mənə işləməyə icazə verirlər. Qışda bir qədər istirahət etmək istəyirəm. Yayda və payızda mənim belə bir imkanım olmamışdı.