5 dekabr 2012 01:12
Rəşad Sadıqov Robben və Nanidən öndə!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın məşhur futbolçularının növbəti siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda azərbaycanlı futbolçu da yer alıb.
Bu, Ağdamın “Qarabağ” klubunun və milli komandamızın 30 yaşlı kapitanı Rəşad Sadıqovdu. Təcrübəli futbolçu Avropanın 79 futbolçusu arasında 71 səslə 44-cü pillədə yer alıb.
R.Sadıqov almaniyalı Sami Xedira (Real, İspaniya), hollandiyalı Aryen Robben (Bayern, Almaniya), portuqaliyalı Nani (Manchester United, İngiltərə) kimi futbolçuları qabaqlamağa nail olub. Futbolçumuzu “Liverpool”un (İngiltərə) və Türkiyə yığmasının yarımmüdafiəçisi Nuri Şahin 113 səslə 1 pillə qabaqlayıb.
Qeyd edək ki, dünyada ən məşhur futbolçu 121 min 942 səslə İranın “Persepolis” klubunun və milli komandasının oyunçusu Mehdi Mahdavikiyadı.
