5 dekabr 2012 01:24
Kəpəz hazırlıqlara bu gün start verəcək
Dekabrın 3-də yüngül məşq edən “Kəpəz”un üzvləri ötən gün istirahət edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov futbolçulara dincəlmək imkanı yaradıb.
“Kəpəz” bu gündən etibarən qarşıdakı turda səfərdə qarşılaşacağı “Qarabağ”la oyunun hazırlıqlarına başlayacaq. Məşq prosesi klubun bazası olan Gəncə şəhər stadionunun əsas meydançasında keçiriləcək.
