4 dekabr 2012 13:12
“Andrey Popoviç Bakıdan kənarlaşdırıla bilər”
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov bu kluba məxsus Andrey Popoviçlə “Turan” arasındakı qalmaqaldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakı” Popoviçin məsələsi ilə bağlı araşdırma aparacaq. Əgər Əfqan Talıbov onun içkiyə qurşandığını deyirsə, deməli, bu futbolçu intizamı pozur. Bu məlumatlar təsdiqini tapsa, Popoviçi ciddi cəza gözləyir. O, hətta komandadan kənarlaşdırıla da bilər. Çox təəssüf edirəm ki, bu futbolçu öz karyerasını korlayır”.