4 dekabr 2012 13:46
İqor Mitreski: Qarabağa məğlubiyyət İnterlə oyunumuza təsir göstərməyəcək
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Öncə rəqib komandanı 3 xal qazanması münasibətilə təbrik edirəm. Təəssüf ki, biz bu oyunda qələbə qazana bilmədik. Birinci hissədə komandamız kifayət qədər qol epizodu yaratdı. Amma rəqibimiz yaxşı müdafiə olundu.

- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Rəqib komanda yaratdığı ilk qol epizodundaca fərqləndi. Rəqibin az qol epizodu yaratdığı halda səndən çox qol vurması həmişə üzücü olur. Qoldan sonra bizim 4-5 dəfə fərqlənmək imkanımız var idi. Fikrimcə, burda daha çox “Qarabağ”ın müdafiə xəttinin inamlı çıxışını qeyd etmək lazımdı. Onlar bizim bütün cəhdlərimizi boşa çıxartdılar.

- Vüqar Nadirov gözəl qol vurdu. Buna necə imkan verdiniz?
- Ona həmin məsafədən qapıya zərbə endirməyə imkan verməməli idik. Müdafiə xəttimiz kobud səhvə yol verdi.

- İkinci hissədə “Neftçi”nin təzyiqi daha da artıracağı gözlənilsə də, bu, baş vermədi. Yorulmuşdunuz?
- Belə rəqiblə oyunda bütün 90 dəqiqə ərzində hücum etmək asan deyil. Axı “Qarabağ” Premyer Liqanın ən güclü kollektivlərindən biridi.

- “Neftçi” bu komandaya ilk dövrədə də eyni hesabla uduzmuşdu...
- Bu, heç nədən xəbər vermir. Biz rəqibə heç nədə uduzmurduq. Sadəcə, hər iki oyunda uğur onların tərəfində idi. Özü də unutmayın ki, biz iki cəbhədə mübarizə aparırıq. Rəqib komanda üzərində isə belə güclü təzyiq yoxdu. Hər şeyə rəğmən, “Neftçi”nin düzgün yolda olduğunu düşünürəm.
- “Qarabağ”a məğlubiyyət “İnter”lə oyun öncəsi komandaya pis təsir göstərməyəcək ki?
- Xeyr. Biz Azərbaycan futbolunda tarix yazmağa davam edirik. Fikrimcə, biz güclü Avropa klublarına qarşı layiqli mübarizə aparırıq. Son oyunda da yaxşı çıxış etmək istəyirik. İtaliyada əsas biabır olmamaqdı. Çünki biz Avropanın ən güclü klublarından birinə qarşı mübarizə aparacağıq. Futbol oynamağa çalışacağıq.